Rəcəb Tayyib Ərdoğan Mustafa Kamal Atatürklə bağlı paylaşım edib

Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün vəfatından 84 il ötür.

1904765
Rəcəb Tayyib Ərdoğan Mustafa Kamal Atatürklə bağlı paylaşım edib

Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün vəfatından 84 il ötür.
Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Mustafa Kamal Atatürkün ölümünün 84-cü ildönümündə saat 09:05-də rəsmi internet səhifəsində paylaşım edib.
Prezident Rəcəb Tayyib Ərdoğan paylaşımında bu ifadələrə yer verib: ''İstiqlal mücadiləmizin Ali Baş Komandanı, Cümhuriyyətimizin banisi  Qazi Mustafa Kamalı vəfatının 84-cü ildönümündə hörmət, rəhmət və ehtiramla yad edirəm”.
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop verdiyi açıqlamada  Türkiyə Böyük Millət Məclisinin ilk sədri, Milli Mübarizənin Ali Baş Komandanı, ilk Prezident Qazi Mustafa Kamal Atatürkün xatirəsini vəfatının 84-cü ildönümündə hörmət, rəhmət və ehtiramla yad etdiyini bildirib.
''Milli varlığımızı əbədi olaraq azad və müstəqil şəkildə davam etdirmək üçün cəsarətli qərarlar qəbul edən Qazi Mustafa Kamal Atatürk bizə ən böyük əsəri olan Cümhuriyyəti miras qoydu. Türkiye Cümhuriyyəti  xalqımızın sarsılmaz birliyi  ilə sonsuzadək var olmağa davam edəcək. Əsarətə boyun əyməyən bir xalqın oğlu və lideri olaraq Atatürkün və onun qəhrəman yoldaşlarının bizə əmanət etdiyi milli mübarizə ruhunun izində yüzillər boyu addımlayacağıq'',-deyə Mustafa Şentop vurğulayıb.



Әlaqәli Xәbәrlәr