Türkiye İdlibdə həyata keçirilən hücumları sərt şəkildə qınayıb

Türkiyə Suriyanın İdlib şəhərində məcburi köçkünlərin məskunlaşdığı 3 düşərgəyə edilən və 9 mülki vətəndaşın ölümü, 70 nəfərin yaralanması ilə nəticələnən hücumları sərt şəkildə qınayıb.

1903516

Xarici İşlər Nazirliyi sözügedən hücumlarla bağlı yazılı açıqlama verib.

Açıqlamada 9 mülki şəxsin həlak olduğu və 70 nəfərin yaralandığı hücumlar sərt şəkildə pislənərək deyilib: "Bu hücumlar bölgədə sakitliyin qorunması və gərginliyin azaldılması səylərinə xələl gətirir və humanitar vəziyyətin daha da pisləşməsinə səbəb olur". 

Aidiyyəti tərəfləri mövcud razılaşmalara əməl etməyə və mülki şəxslərə qarşı hücumlara son qoymağa dəvət edilən açıqlamada Türkiyenin bölgədə sakitliyin qorunması, Suriya münaqişəsinin siyasi həll yolu tapılması və humanitar yardımların ehtiyacı olanlara fasiləsiz çatdırılması məqsədilə səylərini davam etdirəcəyi vurğulanıb.

Әlaqәli Xәbәrlәr