Azərbaycanın 8 Noyabr Zəfər Bayramı Ankarada qeyd olundu

Paytaxt Ankaradakı Hərbi Akademiyada Azərbaycan səfirliyi tərəfindən İkinci Qarabağ Müharibəsində qazanılan qələbənin 2-ci ildönümü münasibətilə tədbir keçirilib

1903641
Azərbaycanın 8 Noyabr Zəfər Bayramı Ankarada qeyd olundu
Azərbaycan_8 Noyabr Zəfər Bayramı_Ankara_09.jpeg
Azərbaycan_8 Noyabr Zəfər Bayramı_Ankara_02.jpeg
Azərbaycan_8 Noyabr Zəfər Bayramı_Ankara_03.jpeg
Azərbaycan_8 Noyabr Zəfər Bayramı_Ankara_01.jpeg
Azərbaycan_8 Noyabr Zəfər Bayramı_Ankara_05.jpeg
Azərbaycan_8 Noyabr Zəfər Bayramı_Ankara_06.jpeg
Azərbaycan_8 Noyabr Zəfər Bayramı_Ankara_07.jpeg
Azərbaycan_8 Noyabr Zəfər Bayramı_Ankara_08.jpeg

 

  Paytaxt Ankaradakı Hərbi Akademiyada Azərbaycan səfirliyi tərəfindən İkinci Qarabağ Müharibəsində qazanılan qələbənin 2-ci ildönümü münasibətilə tədbir keçirilib.

  Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar, ailə və sosial xidmətlər nazirinin müavini Rıdvan Duran, Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyev, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Əhliman Əmiraslanov, “Anadolu” informasiya agentliyinin baş direktor müavini Yusuf Özhan və çox sayda qonaq iştirak edib.

  Zəfər proqramı şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və sonra Türkiyə və Azərbaycanın dövlət himnlərinin oxunması ilə başlayıb.

  Mərasimdə çıxış edən H.Hacıyev Qarabağın Ermənistan tərəfindən işğalından bu günə qədər regionda gedən proseslərdən danışaraq deyib: “Müstəqillik əldə edəndən bəri Türkiyə həmişə Azərbaycanın yanında olub. Qarabağ Zəfərinin qazanılmasında da Azərbaycanın tərəfində olan Türkiyə və xalqının Azərbaycana mənəvi, siyasi və diplomatik dəstəyi heç vaxt unudulmayacaq. 80 milyonluq Türkiyənin ürəyi Azərbaycanla birlikdə döyündü.  

  Ermənistan silahlı qüvvələri İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan şəhərlərində dinc əhalini hədəfə alsa, hücumlar törətsə də, Azərbaycan ordusu beynəlxalq hüquq normalarına əməl edərək döyüş meydanında onların cavablarını verdi və verir.

  Qələbədən sonra Azərbaycan Qafqazda sülhün və inkişafın təmin edilməsi üçün yeni prosesə başlayıb. Azərbaycan Ermənistana sülh müqaviləsi imzalamağı təklif edir, nə etdiklərindən asılı olmayaraq. Biz həmişə bir sülh istəyən bir xalq olmuşuq.

  Ermənistan bölgədə çox böyül dağıntılar törədib. Bəlkə dünyanın heç bir yerində şəhərlərin bu qədər vəhşicəsinə dağıdılmasına rast gəlinməyib. 30 illik işğal zamanı Azərbaycanın 9 şəhəri yerlə-yeksan edilib. Əvvəllər 50 min adamın yaşadığı Füzuli şəhəri Azərbaycan ordusu tərəfindən işğaldan azad olunanda bayrağımızı asmağa bina tapa bilmirdik. Erməni işğalına qədər rayonda 67 məscidimiz var idi. Onların bir qismi dağıdılıb, bir qismi isə dağıdılmaqdan betər olub: məsciddə donuz saxlayıblar. Bu, türk xalqına və bütün müsəlmanlara qarşı təhqir və nifrət nümunəsidir.

  Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi iki ölkə arasında qardaşlıq və müttəfiqliyi gücləndirdi. Şuşa bəyannaməsini gələcək nəsillərə ötürmək bizim mənəvi borcumuzdur".

  Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Əhliman Əmiraslanov Qarabağ Zəfərinin təkcə Azərbaycan deyil, bütün türk dünyasının qələbəsi olduğunu bildirərək deyib: “İkinci Qarabağ müharibəsinin ilk günündən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın yanında oldu. Qardaş Türkiyənin verdiyi dəstək sayəsində Azərbaycan ordusu böyük qələbə qazandı. Ərdoğan “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır" deməklə Azərbaycan xalqına və ordusuna böyük ruh və güc verdi ki, bu da qələbə qazanmağımıza bir stimul oldu.

  Türkiyə ilə Azərbaycan əlaqələrinin ən yüksək səviyyədə olduğu və iki ölkə arasında dostluq münasibəti bütün dünyaya bir nümunədir”.

  Paytaxt Ankarada Hərbi Akademiyada Azərbaycan səfirliyi tərəfindən İkinci Qarabağ Müharibəsində qazanılan qələbənin 2-ci ildönümü münasibətilə keçirilən tədbirdə Azərbaycanı Qarabağ qələbəsinə aparan proseslər qısametrajlı filmlə nümayiş etdirilib.



Әlaqәli Xәbәrlәr