NATO-nun Baş katibi Yens Stoltenberqin Türkiye səfəri davam edir

Mövlud Çavuşoğlu Türkiyedə rəsmi səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb.

1901971
NATO-nun Baş katibi Yens Stoltenberqin Türkiye səfəri davam edir

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyedə rəsmi səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb.

Çavuşoğlu və Stoltenberq görüşdən sonra birgə mətbuat konfransı keçirib.

Nazir Çavuşoğlu jurnalistlərin Finlandiya və İsveçin NATO üzvlüyü ilə bağlı ünvanladıqları suallara cavabən deyib: “28 iyunda NATO-nun Madrid Zirvə toplantısında Türkiye, Finlandiya və İsveç tərəfindən imzalanan Memorandumda Finlandiya və İsveçin üzvlüyünə dair şərtlər sadalanıb. Həmin çərçivədə İsveç Türkiyeyə qarşı silah embarqosunu ləğv edib. Bir-iki şirkətimizin müraciətini də müsbət qiymətləndirərək qanunda dəyişiklik aparıb. Baxmayaraq bütün şərtlərimizin yerinə yetirildiyini ifadə etmək mümkün deyil”.

Türkiyenin NATO-nun genişlənməsinə güclü dəstək verən ölkələrdən biri olduğuna diqqət çəkən Çavuşoğlu, əsas gözləntinin Finlandiya və İsveçin “terrora qarşı mübarizədə lazımlı addımları atmaları olduğunu vurğulayıb.

Baş katib Stoltenberq də öz növbəsində: “Türkiye NATO-nun mühüm müttəfiqidir və ümumi təhlükəsizliyimizə böyük töhfə verir”. Finlandiya və İsveçin terrora qarşı mübarizəsi mövzusunda rəsmi Ankaranın narahatlığını aradan qaldıracayıq”.



Әlaqәli Xәbәrlәr