NATO-nun Baş katibi Yens Stoltenberq Çanaqqala şəhidlər abidəsini ziyarət etdi

Türkiyedə  rəsmi səfərdə  olan NATO-nun Baş katibi Yens Stoltenberq Milli Müdafiə naziri Hulusi Akar ilə bir araya gəlib.

1902363
NATO-nun Baş katibi Yens Stoltenberq Çanaqqala şəhidlər abidəsini ziyarət etdi

Hulusi Akar ilə Baş katib Yens Stoltenberq Çanaqqala şəhidlər abidəsini ziyarət edib, tarixi Gelibolu yarımadasını gəzib. Nazir Akar Stoltenberqə Çanaqqala müharibələri (1915-1916) haqqında məlumat verib. Təmsili şəhidliklə naməlum əsgər abidəsinə qərənfil qoyduqdan sonra Seddülbahirə keçən Akar və Stoltenberq əvvəlcə Fransız Abidəsini, daha sonra İngilis Birlik, körfəzdəki Conkbayırı Atatürk Zəfər və Yeni Zelandiya abidələrini ziyarət edib.



Әlaqәli Xәbәrlәr