Türkiye Hindistana başsağlığı verib

Türkiye Hindistanda asma körpünün uçması nəticəsində həyatını itirənlər üçün başsağlığı verib.

1900064
Türkiye Hindistana başsağlığı verib

Türkiye Hindistanda asma körpünün uçması nəticəsində həyatını itirənlər üçün başsağlığı verib.

Xarici İşlər Nazirliyindən yayılan bəyanatda oktyabrın 30-da Hindistanın Qucarat əyalətində körpünün uçması nəticəsində çox sayda insanın həyatını itirdiyi və yaralandığının böyük kədərlə öyrənildiyi ifadə edilib.

“Hindistan xalqına və hökumətinə və həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”, - bəyanatda deyilir. 

Qeyd edək ki, Hindistanın Qucarat ştatının Morbi şəhərində Maççu çayı üzərindən keçən asma piyada körpüsü üzərində azı 500 nəfərin olduğu zaman çöküb.

Hindistan mətbuatı həyatını itirənlərin sayının 141-ə yüksəldiyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr