Hulusi Akar: "Qara dənizdə taxıl dəhlizinin davam etməsi üçün səy göstərəcəyik"

Milli müdafiə naziri Hulusi Akar Qara dənizdə taxıl dəhlizinin davam etməsi üçün səy göstərəcəklərini bildirib.

1900046
Hulusi Akar: "Qara dənizdə taxıl dəhlizinin davam etməsi üçün səy göstərəcəyik"

Milli müdafiə naziri Hulusi Akar Qara dənizdə taxıl dəhlizinin davam etməsi üçün səy göstərəcəklərini bildirib.

Nazir H.Akarın rəhbərliyində Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər ​​və digər ordu qüvvələrin komandirlərinin iştirakı ilə videokonfrans keçirilib.

Hulusi Akar Rusiyanın oktyabrın 29-da Sevastopoldakı hücumlar səbəbilə taxıl nəqliyyatını müvəqqəti dayandırdığı barədə bəyanatından sonra baş verənlərə toxunub:

"Belə olan halda gəmilərin yola düşməsi yubanacaq, limanlarda tıxac daha da artacaq. Ehtiyacı olanlar onsuz da təcili taxıl gözləyirdilər. Bu şərtlərdə problem daha da artacaq". 

Bu problemin həllinin vacibliyini dilə gətirən Akar Prezident Rəcəb Tayyib Ərdoğanın bu mövzuda apardığı danışıqları vurğulayaraq deyib:

"Biz Ukrayna rəsmiləri ilə də görüşürük, axşam Rusiyanın müdafiə naziri cənab (Sergey) Şoyqu ilə də görüşəcəyik. Həmişə olduğu kimi, sülhdən, razılıqdan, işlərin normal gedişi istiqamətində işimizi davam etdiririk".

Yaradılan taxıl dəhlizi çərçivəsində Ukrayna limanlarından 409 gəmi ilə təxminən 9,3 milyon ton taxıl daşındığını qeyd edən Akar onu da deyib ki, bu proses davam etdirilməlidir. Bu təşəbbüsün dayandırılması nə Rusiyaya, nə Ukraynaya, nə də kiməsə fayda verməyəcək. Biz Ukraynanın müdafiə naziri və Rusiyanın müdafiə naziri ilə danışıqlar aparırıq. Onlarla görüşəcəyik və bu təşəbbüsün davam etməsini təmin etməyə çalışacağıq. Bu təşəbbüsün dayandırılmabı bütün insanlığına öz təsirini göstərəcək. Tərəflərə qərarlarını yenidən nəzərdən keçirmələrini xatırladırıq. Türkiye olaraq həm atəşkəs, həm də taxıl təşəbbüsü ilə bağlı əlimizdən gələni etdik və etməyə çalışırıq. Yaxın zamanda münaqişənin sona çatması üçün də üzərimizə düşən nə varsa yerinə yetirməyə hazırıq.



Әlaqәli Xәbәrlәr