Rəcəb Tayyib Ərdoğan  29 Oktyabr Cümhuriyyət Bayramı münasibəti ilə bəyanat yayıb

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan 29 Oktyabr Cümhuriyyət Bayramı münasibəti ilə bəyanat yayıb.

1899262
Rəcəb Tayyib Ərdoğan  29 Oktyabr Cümhuriyyət Bayramı münasibəti ilə bəyanat yayıb

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan 29 Oktyabr Cümhuriyyət Bayramı münasibəti ilə bəyanat yayıb.
Rəcəb Tayyib Ərdoğan Türkiye xalqını Cümhuriyyət Bayramı münasibətilə təbrik edib.
Türkiye Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamalın və Qurtuluş Savaşını zəfərlə taclandıran qəhrəmanların xatirəsini yad edən prezident Ərdoğan 99 il əvvəl  ağır bədəllər ödəyərək qurulan Türkiye Cümhuriyyətini müasir sivilizasiyalar səviyyəsinə çatdırmaq  üçün fasiləsiz mübarizə apardıqlarını bildirib.
''Türkiye Cümhuriyyətinin yeni yüzilini qurmaq məsələsində qətiyyətliyik. Türkiyeni demokratiyası ilə dünyaya nümunə olan, iqtisadiyyatı ilə diqqət çəkən, diplomatiyası ilə diqqət çəkən və qardaşlığını güclü şəkildə müdafiə edən ölkəyə çevirdik'',-deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
Prezident Ərdoğan deyib ki,  Türkiye milli gəliri ilə müqayisədə ən çox humanitar yardım göstərən ölkədir. Türkiye harada məzlum və yardıma möhtac insan varsa yardım əlini uzadir.
29 Oktyabr Cümhuriyyət Bayramı münasibətilə xalqı təbrik edən və Türkiye xalqına cansağlığı, əmin-amanlıq və firavanlıq arzulayan Rəcəb Tayyib Ərdoğan deyib: ''Şəhidlərimizin ruhu şad olsun. Cümhuriyyətimizin yaranmasının 99-cu ildönümü mübarək olsun''.



Әlaqәli Xәbәrlәr