Türkiye XİN Livan və İsrail arasında imzalanan sazişə münasibət bildirib

Türkiye Livan və İsrailin dəniz yurisdiksiyası demarkasiyası sazişi imzalamasının sevindirici olduğunu açıqlayıb.

1898832
Türkiye XİN Livan və İsrail arasında imzalanan sazişə münasibət  bildirib

Türkiye Livan və İsrailin dəniz yurisdiksiyası demarkasiyası sazişi imzalamasının sevindirici olduğunu açıqlayıb.

Xarici İşlər Nazirliyinin mövzu ilə bağlı bəyanatında deyilir:
"ABŞ-ın vasitəçiliyi ilə Livan və İsrail arasında vasitəli danışıqlar nəticəsində dünən-27 oktyabrda imzalanan dəniz yurisdiksiyası sahəsinin delimitasiyası müqaviləsi məmnunluqla qarşılanıb. Sazişin hazırda bir çox problemlə üzləşən Şərqi Aralıq dənizində sülh və sabitliyə töhfə verməsini təmənni edirik. Saziş həmçinin, hər iki tərəfin kontinental şelfində müəyyən karbohidrogen lisenziyası sahələri üçün birgə əməliyyat modeli və üçüncü tərəf vasitəsilə gəlirlərin bölüşdürülməsini nəzərdə tutur. Dünyada oxşar nümunələri də olan bu model region və xüsusilə kıbrıslı türklər və rumlar üçün üçün müsbət nümunə təşkil edə bilər".

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin Rum tərəfinə etdiyi təklifin də yer aldığı bəyanatda “Keçən iyul ayında Şimali Kıbrıs Türk Cümhuriyyəti Rum icmasına beynəlxalq neft şirkətlərinin mövcud hüquqlarına xələl gətirməyəcək şəkildə ədalətli gəlir bölüşdürmə səviyyələri təyin edərək, ortaq iş anlayışına əsaslanan əməkdaşlıq və bu məqsədlə ortaq komitə qurmağı təklif etdi" ifadələrindən istifadə edilib.

Bəyanatda Türkiyenin 2020-ci ildə Şərqi Aralıq dənizi konfransının keçirilməsi təklifinə də toxunulub:

"Türkiye KKTC-nin 2011, 2012, 2019 və 2022-ci illərdə irəli sürdüyü karbohidrogen əməkdaşlıq təkliflərini dəstəkləməyə davam edir”.



Әlaqәli Xәbәrlәr