Türkiye İranda törədilən terror aktını pisləyib

Xarici işlər naziri Mövlud Çavuşoğlu İranın Şiraz şəhərində türbəni hədəfə alan terror aktını lənətlədiyini bildirib.

1898659
Türkiye İranda törədilən terror aktını pisləyib

Mövlud Çavuşoğlu hücumla bağlı sosial media hesabından açıqlama verib. “İranın Şiraz şəhərində müqəddəs şiə ziyarətgahını hədəfə alan mənfur və xain terror aktını qətiyyətlə pisləyir və lənətləyirik. Hücumda həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına, dost və qardaş İran xalqına və hökumətinə başsağlığı verir yaralananlara isə şəfa diləyirik”

Qeyd edək ki, İran dövlət televiziyasının xəbərinə  görə Şirazda Şah Çirağ türbəsinə  təşkil edilən silahlı hücum nəticəsində 15 nəfər  həyatını itirib, 21 nəfər yaralanıb.

 



Әlaqәli Xәbәrlәr