Hulusi Akar Ben Uolles ilə görüşüb

Milli müdafiə naziri Hulusi Akar İngiltərə müdafiə naziri Ben Uolles ilə görüşüb.

1898065
Hulusi Akar Ben Uolles ilə görüşüb

Milli müdafiə naziri Hulusi Akar İngiltərənin müdafiə naziri Ben Uolles ilə görüşüb.

H.Akar Türkiyeyə rəsmi qonaq kimi gələn İngiltərə müdafiə naziri Uollesi İstanbul Milli Müdafiə Universiteti Hava Qüvvələri Akademiyasında hərbi mərasimlə qarşılayıb.

Uolles mərasim heyətini salamladıqdan sonra iki nazir nümayəndə heyətləri arasında keçirilən görüşə rəhbərlik ediblər.

Görüş zamanı ikitərəfli və regional müdafiə, təhlükəsizlik və müdafiə sənayesində əməkdaşlıq mövzularında fikir mübadiləsi aparıldığı bildirilib.

Görüşdən əvvəl Akar və Uolles "SAHA EXPO" müdafiə və aerokosmik sənaye sərgisini gəzərək yerli və milli müdafiə sənayesi məhsulları ilə tanış olublar.

Müdafiə naziri Uollesin Türkiyeyə səfəri İngiltərənin yeni Baş naziri Rişi Sunak tərəfindən yenidən təyin edildikdən sonra etdiyi ilk rəsmi səfər olması xüsusiyyətinə malikdir.

Milli müdafiə naziri Akar oktyabrın 6-7-də Londona səfər edib və İngiltərə müdafiə naziri Uolleslə görüşüb.

Bildirilib ki, İstanbul görüşü Londondakı görüşün davamıdır.



Әlaqәli Xәbәrlәr