Feridun Sinirlioğlu: "PKK/YPG terrorçuları Türkiyenin milli təhlükəsizliyinə təhdiddir"

Türkiyenin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı  sessiyasında çıxış edib.

1897677
Feridun Sinirlioğlu: "PKK/YPG terrorçuları Türkiyenin milli təhlükəsizliyinə təhdiddir"

Türkiyenin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı sessiyasında çıxış edib.

Feridun Sinirlioğlu çıxışında Türkiyenin PKK/YPG separatçı terror təşkilatına qarşı həyata keçirdiyi əməliyyatları tənqid edənlərə deyib: ''Hələ də bu terror təşkilatını dəstəkləyənlərə  və ya Türkiyenin bu terror təhlükəsini aradan qaldırmaq məsələsindəki qətiyyəti ilə bağlı narahatlıqları olanlara müraciət edirəm: Nə vaxta qədər bu terror təşkilatının cinayətlərini görməzlikdən gələcəksiniz?''.
Səfir Feridun Sinirlioğlu çıxışında PKK/YPG separatçı terror təşkilatının yalnız  Suriyanın ərazi bütövlüyünü deyil, həm də Türkiyənin milli təhlükəsizliyini təhdid etdiyini bildirib.
2019-cu ilin oktyabrında ABŞ və Rusiya ilə əldə olunan razılaşmanın bu günə qədər tam şəkildə həyata keçirilmədiyini vurğulayan Sinirlioğlu deyib:
"Tel Rıfat və Münbiç istisna olmaqla, sərhədimizdən 30 kilometr məsafədə yerləşən ərazi terrorçulardan təmizlənməyib. PKK/YPG və dırnaqarası SDG (Suriya Demokratik Qüvvələri) bəziləri tərəfindən DEAŞ ilə mübarizə etdikləri iddiası ilə səhv istiqamətləndirilir.Həqiqət budur ki, PKK/YPG/SDG suriyalı mülki vətəndaşlara hücum edәn  DEAŞ-la mübarizə aparmaq üçün onlara verilən silahlarla Türkiyeni hədəf almağa davam edir''.
Feridun Sinirlioğlu vurğulayıb ki, Türkiye BMT Nizamnaməsinin 51-ci maddəsində və BMT Təhlükəsizlik Şurasının qərarlarında göstərilən özünümüdafiə hüququna uyğun olaraq milli təhlükəsizliyini təhdid edən bütün terror təşkilatlarına qarşı mübarizə aparır.
"Bu mübarizəni davam etdirmək məsələsində qətiyyətliyik. Türkiye keçmişdə olduğu kimi, bölgədəki suriyalı mülki vətəndaşların zərər görməməsi üçün bütün tədbirləri və addımları atır",-deyə Feridun Sinirlioğlu vurğulayıb.



Әlaqәli Xәbәrlәr