PKK-nın killeri xüsusi əməliyyatla Türkiyeyə gətirib

PKK/KCK terror təşkilatının sui-qəsd bölməsinin qondarma komandiri kimi tanınan quldur Türkiyeyə gətirilib.

1895850
PKK-nın killeri xüsusi əməliyyatla Türkiyeyə gətirib

Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalındakı Sincar bölgəsində separatçı terror təşkilatı PKK/KCK-nın sui-qəsd bölməsinin qondarma komandiri kimi fəaliyyət göstərən Canşer-Laşer ləqəbli Burhan Piçakı xüsusi əməliyyatla  Türkiyeyə gətirib.Bildirilir ki, terrorçu Piçak 2015-ci ildə Diyarbəkirin Lice rayonundan Suriyaya keçərək PKK/YPG-yə qoşulub və Suriyadakı YPG düşərgələrində təlim keçib. 2019-2020-ci illərdə Suriyanın Tabka bölgəsində olub. 2020-ci ilin sonunda Sırrindəki sözdə akademiyada xüsusi təlim keçdikdən sonra İraqın Mosul şəhərinin Sincar şəhərində qondarma komandir olaraq fəaliyyət göstərməyə davam edib.



Әlaqәli Xәbәrlәr