Mövlud Çavuşoğlu: "ATƏT obyektiv deyil"

Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) dalana dirənişin mərkəzindədir.

1896074
Mövlud Çavuşoğlu: "ATƏT obyektiv deyil"

Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) dalana dirənişin mərkəzindədir.

"ATƏT obyektiv deyil. Ermənistanı dəstəkləyir. Ona görə də 30 il problemin həllinə nail ola bilmədi".

Bunu xarici işlər naziri Mövlud Çavuşoğlu Mersində keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Qarabağ propleminin həlli ATƏT-in Minsk qrupunun səylərinin nəticəsi deyildi: “Azərbaycan öz işini özü gördü. ATƏT sərhədə müşahidəçi göndərərkən Azərbaycanın fikirlərini də öyrənməli idi. Amma bunu etmədi”.

"Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasında səmimidir. Bu əlaqələrin normallaşması istiqamətində atılan hər bir addım həm də İrəvan- Ankara münasibətlərinə təsir edir", - o, əlavə edib.

Bu problemin 30 ildir həll olunmamış qaldığını qeyd edən Çavuşoğlu ATƏT-in “konsensusa gələ bilməmək” bəhanəsinin olduğunu müdafiə etdi.

İndi həmin bölgəyə müşahidəçi və ya hər hansı nümayəndə heyəti göndərərkən Azərbaycanın rəyini belə qəbul etmir. Bu konsensusla qəbul edilir” deyib.

Çavuşoğlu həqiqəti dediyini vurğulayaraq, "ATƏT dalana dirənib. Onun indi qəbul etdiyi qərarlar da ATƏT-in fəaliyyət qaydalarına ziddir. Belə bir uğursuzluq ola bilməz" deyə bildirib.

Mövlud Çavuşoğlu ABŞ-ın OPEC və OPEC+ qrupunun noyabr ayı etibarilə gündəlik neft hasilatını azaltma qərarına reaksiyası ilə bağlı suala cavab olaraq bildirib ki, enerji qiymətlərinə təsir edən bir çox amil var, əsas səbəb Ukraynadakı müharibə və enerjidən silah kimi istifadə etməyə cəhd edilməsidir.

Neftin qiymətində artım olduğunu, lakin son zamanlar azalmanın müşahidə olunduğunu qeyd edən xarici işlər naziri deyib:

"Qiymətlərin düşməsini istəyirsinizsə, bazara məhsul təqdim edəcək ölkələrə qoyulan embarqoları aradan qaldırın. Yalnız bir ölkəni (Səudiyyə Ərəbistanı) hədələməklə bu problemi həll edə bilməzsiniz".



Әlaqәli Xәbәrlәr