Hulusi Akar yunan həmkarı ilə görüşüb

Milli müdafiə naziri Hulusi Akar Yunanıstanın müdafiə naziri Nikolaos Panagiotopoulos ilə görüşüb.

1892609
Hulusi Akar yunan həmkarı ilə görüşüb

Milli müdafiə naziri Hulusi Akar Yunanıstanın müdafiə naziri Nikolaos Panagiotopoulos ilə görüşüb.

Nazir Akar ikitərəfli görüşlərini NATO müdafiə nazirləri toplantısı üçün getdiyi Belçikanın paytaxtı Brüsseldəki NATO Qərargahında davam etdirib.

Bu çərçivədə Akar Yunanıstanın müdafiə naziri Panagiotopoulos ilə görüşüb.

Digər tərəfdən, Şimali Atlantika Alyansı ölkələrinin müdafiə nazirləri silah, sursat və texnika ehtiyatlarının artırılması barədə razılığa gəliblər.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə alyans dövlətlərinin müdafiə nazirlərinin ikigünlük görüşünün yekunlarına dair mətbuat konfransı keçirib.

"Biz alyansın müdafiə qabiliyyətini gücləndirmək üçün silah, sursat və avadanlıq ehtiyatlarını artırmağa qərar verdik", - Stoltenberq bildirib.



Әlaqәli Xәbәrlәr