Hulusi Akar Brüsseldə ikitərəfli görüşlərini davam etdirib

Milli müdafiə naziri Hulusi Akar ABŞ, Almaniya, Fransa və İngiltərənin müdafiə nazirləri ilə ikitərəfli görüşlər keçirib.

1892539
Hulusi Akar Brüsseldə ikitərəfli görüşlərini davam etdirib

Milli müdafiə naziri Hulusi Akar Amerika Birləşmiş Ştatlarının (ABŞ) müdafiə naziri Lloyd  Austin Almaniya müdafiə naziri Kristine Lambrext, Fransa müdafiə naziri Sebastien Lekornu və İngiltərə müdafiə naziri Ben Uolles ilə görüşüb.

Akar NATO müdafiə nazirləri toplantısı üçün getdiyi Belçikanın paytaxtı Brüsseldəki NATO qərargahında ikitərəfli görüşlərini davam etdirir.

İclasın ikinci günündə keçirilən Nüvə Planlaşdırma Qrupu toplantısına qatılan nazir Akar daha sonra ABŞ müdafiə naziri Lloyd  Austin ilə görüşüb.

Nazir Akar amerikalı həmkarı ilə görüşdən sonra Almaniyanın müdafiə naziri Kristin Lambrext ilə görüşüb.

Daha sonra Fransa müdafiə naziri Sebastien Lekornu ilə görüşən Akar NATO müdafiə nazirləri toplantısı çərçivəsində çəkilən “ailə fotoşəkili”ndən əvvəl İngiltərə müdafiə naziri Ben Uolles ilə görüşüb.

Danışıqlar zamanı Akar Türkiyenin NATO-nun 70 illik üzvü və ikinci böyük ordusu kimi Avro-Atlantik təhlükəsizliyinə böyük töhfə verdiyini, Türkiyeyə tətbiq edilən ixrac məhdudiyyətlərinin Avro-Atlantik təhlükəsizliyini də zəiflətdiyini bildirib.

Bunlarla yanaşı, Akar başda PKK/YPG olmaqla hər cür terror təşkilatı ilə mübarizədə həmrəylik gözlədiyini dilə gətirib.

Akar Türkiyenin Ukraynaya dəstəyi ilə atəşkəsə nail olmaq və gərginliyi azaltmaq üçün göstərdiyi səyləri çatdıraraq, diplomatiyanın əhəmiyyətini vurğulayıb.

Akar həmçinin bildirib ki, Türkiyenin diplomatik səylərinin nəticəsi taxıl müqaviləsi və əsir mübadiləsi ilə əldə olunub.

Görüşdüyü nazirlərin taxıl dəhlizi və əsir mübadiləsi ilə qlobal ərzaq böhranının həllində aktiv roluna görə Türkiyeyə təşəkkür etdikləri öyrənilib.

Danışıqlar zamanı digər ikitərəfli, regional müdafiə və təhlükəsizlik məsələləri və müdafiə sənayesində əməkdaşlıq da müzakirə edilib.



Әlaqәli Xәbәrlәr