"Ali təhsilə çıxışı asanlaşdırmaq üçün bütün imkanlarımızı səfərbər etmişik", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan gənclərin ali təhsil almasını asanlaşdırmaq üçün dövlətin bütün imkanlarını səfərbər etdiklərini bildirib.

1890876

Prezident Ərdoğan paytaxt Ankaradakı Beştepe Millət Konqres və Mədəniyyət Mərkəzində 2022-2023-cü Ali Tədris İli Açılış Mərasimində çıxış edib.

Vəzifəyə başladıqları zaman Türkiyeni təhsil, səhiyyə, ədalət və təhlükəsizlik üzərində quracaqlarını söylədiklərini xatırladan Ərdoğan deyib:

"Ölkəmizin şərtlərindən asılı olmayaraq, 20 ildir vədimizi yerinə yetirdik. Bu dörd başlıqdan başlayaraq Türkiyeni hər sahədə çox fərqli bir mövqeyə qovuşdurduq. Türkiyedəki universitetlərin sayını 76-dan 209-a çatdırdıq. Gənclərimizin ali təhsilə çıxışını asanlaşdırmaq üçün dövlətimizin bütün imkanlarını səfərbər etmişik”.

Prezident Ərdoğan universitetlərdə bəzən narazılıqlara səbəb olan Tələbə İntizamı Əsasnaməsini liberal perspektivlə dəyişdirdiklərini də ifadə edib.

Әlaqәli Xәbәrlәr