Hulusi Akar: "Türkiye Silahlı Qüvvələri Liviyada yad qüvvə deyil"

Milli müdafiə naziri Hulusi Akar Türkiye Silahlı Qüvvələrinin (TSQ) Liviyada xarici qüvvə olmadığını bildirib.

1887931
Hulusi Akar: "Türkiye Silahlı Qüvvələri Liviyada yad qüvvə deyil"

Milli müdafiə naziri Hulusi Akar Türkiye Silahlı Qüvvələrinin Liviyada xarici qüvvə olmadığını bildirib.

Hulusi Akar Liviyanın paytaxtı Tripolidə Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe ilə görüşündə iki ölkə arasındakı əlaqələri dəyərləndirib.

Türkiye ilə Liviya arasında 2019-cu ildə imzalanan anlaşma memorandumunun əhəmiyyətinə toxunan H.Akar bu müqavilələrin iki ölkənin dostluq, qardaşlıq, ortaq tarix və dəyərlərin təcəssümü olduğunu bildirib.

Liviyada zaman-zaman “Türkiyenin xarici güc" olaraq gündəmə gətirildiyini xatırladan nazir Akar "Türkiye Silahlı Qüvvələri burada qətiyyən yad güc deyil. Türkiye Silahlı Qüvvələrinin ünsürləri Liviyada dost və qardaş bir ölkənin ünsürləri kimi missiyasını davam etdirir", -deyə qeyd edib.

Liviyada yaxın zamanda sülh və əmin-amanlığın Türkiyenin ən böyük arzusu olduğunu ifadə edən Hulusi Akar sülh və sabitlik üçün seçkilərin keçirilməsinin vacibliyinə də diqqət çəkib.



Әlaqәli Xәbәrlәr