"Maliyyə sektoru qlobal iqtisadi böhrandan ən çox təsirlənən sahələrdən biridir", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Dolmabahçe ofisində keçirilən İştirak Maliyyə Strategiyası Sənədinin Təqdimat iclasında çıxış edib.

1887680
"Maliyyə sektoru qlobal iqtisadi böhrandan ən çox təsirlənən sahələrdən biridir", R.T.Ərdoğan

"Qlobal hadisələrin təsiri ilə bir müddətdir hiss olunan inflyasiya probleminin öhdəsindən gələcəyik".

Bunu prezident Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Dolmabahçe ofisində keçirilən İştirak Maliyyə Strategiyası Sənədinin Təqdimat iclasında etdiyi çıxışda deyib.

Ərdoğan bildirib ki, yeni növ koronavirus epidemiyası ilə dərinləşən qlobal iqtisadi böhran və fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsinin səbəb olduğu enerji və əmtəə qiymətlərindəki artım, başda inkişaf etmiş ölkələr olmaqla bütün iqtisadiyyatlara dərindən təsir edib.

Ərdoğan qlobal böhranların səngimədiyi son illərdə Türkiyenin uzun müddətdir yaşadığı siyasi və iqtisadi böhranlardan əldə etdiyi təcrübə ilə digər ölkələrdən fərqlənməyi bacardığını açıqlayıb.

"Qlobal proseslərin təsiri ilə bir müddətdir hiss etdiyimiz inflyasiya problemini həll edərək Türkiye Əsrini birlikdə quracağıq”, deyə dövlət başçısı deyib.

Maliyyə sektorunun qlobal iqtisadi böhrandan ən çox təsirlənən sahələrdən biri olduğunu qeyd edən Ərdoğan iqtisadi artımın lokomotivi olması lazım gələn maliyyə sisteminin üzərinə düşən vəzifəni yerinə yetirə bilmədiyini bildirib.

Təməlində insanın olmadığı iqtisadi quruluşun dayanıqlı olmadığını ifadə edən prezident deyib:

"Qlobal maliyyə arxitekturasının insanlara və əxlaqa əsaslandığı yeni bir model hazırlamaq vacibdir. Biz yeni maliyyə arxitekturasının fəaliyyətlərinə hər cür dəstəyi davam etdirəcəyik".



Әlaqәli Xәbәrlәr