İsveç nümayəndə heyəti NATO danışıqları üçün gəlir

İsveçin xarici işlər naziri Ann Linde ölkəsinin rəsmi xəbər agentliyi TT-yə müsahibəsində Türkiyə ilə danışıqların problemsiz davam etdiyini bildirib

1885901
İsveç nümayəndə heyəti NATO danışıqları üçün gəlir

 

  İsveç nümayəndə heyəti gələn həftə NATO danışıqları üçün Türkiyəyə gəlir.

  İsveçin xarici işlər naziri Ann Linde ölkəsinin rəsmi xəbər agentliyi TT-yə müsahibəsində Türkiyə ilə danışıqların problemsiz davam etdiyini bildirib.

  A.Linde deyib: “Türkiyənin İsveçin NATO üzvlüyünü təsdiqləməsini gözləyirik. İsveçi Türkiyənin nə vaxt ratifikasiya edəcəyini (NATO-ya girməsinə razılıq verəcəyini) bilmirəm.

  Keçən həftə ABŞ-ın Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının toplantısında türkiyəli həmkarım Mövlud Çavuşoğlu ilə görüşdüm. Danışıqları nəzərdən keçirdik. Hər şey yaxşı gedir. Biz razılığa əməl edirik”.

  Xatırladaq ki, Üçlü Memorandum Türkiyə, Finlandiya və İsveç tərəfindən iyunun 28-də İspaniyada NATO-nun Madrid Zirvə Toplantısında imzalanıb. Memorandum çərçivəsində yaradılmış Daimi Birgə Mexanizmin ilk iclası avqustun 26-da Finlandiyanın Vantaa şəhərində keçirilib.

  Sentyabrın 27-də Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ İsveç və Finlandiyanı NATO razılaşması çərçivəsində Fətullahçı Terror Təşkilatı (FETÖ) və separatçı terror təşkilatı PKK üzvlərini Türkiyəyə təhvil verməyə çağırdı və “Biz İsveç səlahiyyətlilərindən terrorçuların, xüsusən də PKK, FETÖ, DHKP-C üzvləri üçün ekstradisiya əmri verməsini gözləyirik” dedi.



Әlaqәli Xәbәrlәr