Türkiye Ukraynanın bəzi bölgələrində birtərəfli referendum keçirmək cəhdlərinə münasibət bildirib

Türkiye Ukraynanın Rusiyanın nəzarəti altında olan bir sıra bölgələrində birtərəfli referendum keçirmək cəhdlərindən narahatlığını ifadə edib.

1882946

Türkiye Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı bəyanatında bildirilib ki, Ukraynanın Rusiyanın nəzarəti altında olan bəzi bölgələrində birtərəfli referendumların keçirilməsi cəhdlərindən narahatıq. Bu cür qeyri-qanuni faktlar beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacaq. Əksinə, diplomatik prosesin canlandırılması səyləri çətinləşdirəcək və qeyri-sabitliyi dərinləşdirəcək. Fürsətdən istifadə edərək, 2014-cü ildə Krımın qanunsuz ilhaqından sonra vurğuladığımız Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstəyimizi bir daha bildirir və davam edən müharibənin dinc yolla həllinə hər cür lazımi töhfə verməyə hazır olduğumuzu dilə qətiririk.

Xatırladaq ki, sentyabrın 23-27-də Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərində Rusiyanın tərkibinə daxil olmaq üçün referendum keçiriləcəyi açıqlanıb.

Әlaqәli Xәbәrlәr