Türkiye Pakistanda sel fəlakətindən əziyyət çəkənlərə humanitar yardımlarını davam etdirir

Türkiye Qızıl Aypara Cəmiyyəti Pakistanda sel fəlakətindən əziyyət çəkənlərə humanitar yardımlarını davam etdirir.

1882948

Pakistanın müxtəlif bölgələrində fəaliyyətini davam etdirən Türkiyenin Qızıl Aypara Cəmiyyəti Kuetta şəhərinin Daşt bölgəsində ehtiyacı olanlara ərzaq bağlamaları paylayıb.

Cəmiyyətin Beynəlxalq Nümayəndəliyi və Əməliyyatlar Müdiri Anıl Kocabal iyul ayından bəri davam edən leysan yağışların səbəb olduğu daşqınların zərər verdiyi ölkəyə yüzlərlə çadır, 1500-dən çox ərzaq bağlaması və çoxlu qeyri-ərzaq yardımı payladıqlarını bildirib.

Sel qurbanlarının təhlükəsiz su ilə təmin edilməsinin vacibliyinə diqqət çəkən Kocabal bu çərçivədə 5 min ailəyə su təmizləmə sistemi paylayacaqlarını deyib.

Seldən sonra epidemiyaların artdığını dilə gətirən Kocabal 3 bölgədə 30 min nəfərə xidmət göstərəcək səyyar sağlıq mərkəzləri üçün hazırlıqların davam etdiyini dilə gətirib.

Әlaqәli Xәbәrlәr