"Əsir mübadiləsi müharibənin sona çatması istiqamətində mühüm addımdır", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında jurnalistlərə açıqlama verib.

1882977
"Əsir mübadiləsi müharibənin sona çatması istiqamətində mühüm addımdır", R.T.Ərdoğan

Türkiyenin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında həyata keçirilən əsir mübadiləsi müharibənin sona çatması istiqamətində mühüm addımdır.

Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında jurnalistlərə bildirib.

Ərdoğan Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə apardığı diplomatik iş nəticəsində dünən iki ölkə arasında 200 hərbi əsirin dəyişdirildiyini müsbət qiymətləndirib.

Dövlət başçısı Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün səylərin davam etdiyini də bildirib.

Ərdoğan Vladimir Putin və Volodimir Zelenskiyə məhbus mübadiləsini həyata keçirdiklərinə görə təşəkkür edib.

Digər tərəfdən, ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Türkiyeyə Ukrayna və Rusiya arasında əsirlərin mübadiləsinin asanlaşdırılmasındakı köməyinə görə minnətdarlığını ifadə edib.

ABŞ Prezidentinin müşaviri bu barədə tviter hesabında yazıb.

“Mən Türkiyə hökumətinə taxıl müqaviləsində liderliyinə arxalanaraq, Ukrayna və Rusiya arasında əsirlərin mübadiləsini asanlaşdırmağa kömək etməsinə görə təşəkkür etmək istəyirəm”, - Baydenin müşaviri sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, ötən gün Prezident Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında 200-dən çox məhbus dəyişdirilib.



Әlaqәli Xәbәrlәr