Səhiyyə naziri Azərbaycanın paytaxtı Bakıda

Türkiyəli nazir Bakıda həmkarı T.Musayev və səhiyyə işçiləri ilə görüşlər keçirəcək

1883170
Səhiyyə naziri Azərbaycanın paytaxtı Bakıda

 

  Türkiyənin səhiyyə naziri Fəhrəddin Koca Türkiyə-Azərbaycan Səhiyyə İş Forumunda iştirak etmək üçün getdiyi Azərbaycanın paytaxtı Bakıda Şəhidlər Xiyabanını ziyarət edib.

  Azərbaycanın səhiyyə naziri Teymur Musayev və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcının müşayiəti ilə F.Koca mərhum prezident Heydər Əliyevin Fəhri Xiyabandakı məzarını, 20 Yanvar şəhidlərinin dəfn olunduğu Şəhidlər Xiyabanını və Bakı Türk Şəhidliyini ziyarət edib, hər birinə əklillər qoyub.

  Türkiyəli nazir Bakıda həmkarı T.Musayev və səhiyyə işçiləri ilə görüşlər keçirəcək.

  Sentyabrın 23-də Fəxrəddin Koca Qarabağın mərkəzi Şuşaya səfər edəcək.



Әlaqәli Xәbәrlәr