"Biz dünyanın bir parçasıyıq, nə şərq, nə də qərbin...", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində ABŞ-ın PBS televiziyasına müsahibə verib.

1881945
"Biz dünyanın bir parçasıyıq, nə şərq, nə də qərbin...", R.T.Ərdoğan

"Biz dünyanın bir parçasıyıq, nə şərq, nə də qərbin..." .

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində ABŞ-ın PBS televiziyasına müsahibəsində bildirib.

"Sizin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daxil olmaq niyyətiniz var. Bu təşkilatda Rusiya, Çin və İran var. Bu, NATO-dan çox fərqli dəyərlərə və məqsədlərə malik bir təşkilatdır. Siz ölkənizin şvrqin bir hissəsimi olmasını istəyirsiniz, yoxsa qərbinmi?" sualına cavab olaraq Ərdoğan bu sözləri deyib:

"Biz dünyanın bir parçasıyıq, nə şərq, nə də qərbin... Bizim üçün coğrafi baxımdan ölkəmizin böyük bir hissəsi şərqə aiddir. Qərbə aid olan hissə ayrıdır. Amma Avropa İttifaqı bizi 52 ildir məşğul edir. Halbuki biz NATO ölkəsiyik. NATO ölkəsi olsaq da, hətta NATO ölkələri də Avropa İttifaqı prosesində bizi məşğul edir. Bizim istər-istəməz fərqli axtarışlarımız ola bilər. Avropa İttifaqı bizi 52 il saxlayacaq, ona yaxınlaşmağa imkan verməyəcək və ondan sonra 'Niyə burada görüşdü, niyə orada görüşdü?" deyəcək. Görüşərəm. Biz bu danışıqları apararkən, indiki məqamda Avropa İttifaqı qarşısında cavabdeh olmayacağıq. Biz bütün dünya ölkələri ilə görüşərik. Cənab (Çin prezidenti) Xi  (Cinping) ilə də görüşərəm. Cənab (Rusiya Prezidenti Vladimir) Putin ilə də, cənab (Hindistan Baş Naziri Narendra) Modi ilə də görüşərəm. Bütün ölkələrlə görüşələrimi keçirərəm. Çünki hamımız bu dünyanın bir parçasıyıq. Avropa İttifaqı ölkələrilə də danışıqlar apararkən bizə "Nə üçün onlarla görüşdünüz?" sualı verilmədi".



Әlaqәli Xәbәrlәr