İki NATO müttəfiqinin Strateji Mexanizm məsləhətləşmələrinin üçüncü toplantısı keçirildi

Türkiyə Xarici İşlər Nazirliyi və ABŞ Dövlət Departamentinin ortaq bəyanatında yazılır...

1880852
İki NATO müttəfiqinin Strateji Mexanizm məsləhətləşmələrinin üçüncü toplantısı keçirildi

 

  ABŞ-ın paytaxtı Vaşinqtonda Türkiyə-Amerika Birləşmiş Ştatları (ABŞ) Strateji Mexanizm məsləhətləşmələrinin üçüncü toplantısı keçirilib.

  Türkiyənin xarici işlər nazirinin müavini səfir Sedat Önal ABŞ dövlət katibinin müavini Vendi Şerman və siyasi məsələlər üzrə müşaviri Viktoriya Nulandla görüşüb.

  Nümayəndə heyətləri regionda baş verən siyasi prosesləri müzakirə edərək terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizənin zəruriliyini vurğulayıblar.

  Görüşdə Cənubi Qafqazda sülhün təşviq edilməsinin vacibliyi də diqqət mərkəzində olub.

  ABŞ nümayəndə heyəti Ukrayna taxılının Qara dənizdən təhlükəsiz keçməsini təmin etmək üçün Türkiyənin vasitəçilik səylərindən məmnunluğunu ifadə edib.

  Görüşdə son dövrlərdə ikitərəfli ticarət əlaqələrinin geniş vüsət aldığı, iqtisadi əməkdaşlığın bütün sahələrdə daha da inkişaf edəcəyi bildirilib.

  Tərəflər Türkiyə ilə ABŞ arasında Yaxın Şərq və Afrika da daxil olmaqla, dünyanın müxtəlif bölgələrində mümkün əməkdaşlıq imkanlarını da dəyərləndiriblər.

  Türkiyə Xarici İşlər Nazirliyi və ABŞ Dövlət Departamentinin ortaq bəyanatında yazılır: “Görüşdə iki NATO müttəfiqi arasında güclü əməkdaşlıq təsdiq edilib, ikitərəfli münasibətlər, strateji və qlobal məsələlər ətrafında hərtərəfli fikir mübadiləsi aparılıb”.



Әlaqәli Xәbәrlәr