İstanbul Hava Limanı Avropanın ən işlək hava limanıdır

Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) uçuş hesabatına görə...

1879340
İstanbul Hava Limanı Avropanın ən işlək hava limanıdır

 

  İstanbul Hava Limanı 5-11 sentyabr tarixləri arasında gündə orta hesabla 1351 uçuşla Avropanın hava limanları arasında birinci yerdədir.

  Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) uçuş hesabatına görə, İstanbul Hava Limanı Avropanın ən işlək hava limanları arasında birinciliyini qoruyub.

  Türkiyə Mülki Aviasiya Baş İdarəsinin (SHGM) sosial media hesabında verilən məlumatda da yazılır: "2022-ci ilin 5-11 sentyabr tarixləri arasında İstanbul Hava Limanı gündə orta hesabla 1351 uçuşla Avropanın ən işlək hava limanı olub. İGA (​İstanbul Grand Airport) İstanbul Hava Limanı 2019-cu ilin +7 ən yüksək səviyyə göstəricisi ilə ən işlək 5 hava limanı arasında birinci olmağa davam edir.”  

  Qeyd edək ki, İstanbul Hava Limanından sonra gündəlik orta hesabla 1320 uçuşla Hollandiyanın Sxiphol (Schiphol) Hava Limanı ikinci, 1260 uçuşla Fransanın Şarl de Qoll (Charles de Gaulle ) Hava Limanı üçüncü, 1159 reyslə Almaniyanın Frankfurt Hava Limanı dördüncü, 1115 reyslə İngiltərənin Hitrou (Heathrow) hava limanı isə beşinci yerdə qərarlaşıb.



Әlaqәli Xәbәrlәr