Türk əsilli Muharrem Demirok İsveçin millət vəkili oldu

11 sentyabrda İsveçdə parlament seçkiləri keçirilib

1878848
Türk əsilli Muharrem Demirok İsveçin millət vəkili oldu

 

  Sentyabrın 11-də İsveçdə keçirilən seçkilərdə türk əsilli Muharrem Demirok Mərkəz Partiyasından millət vəkili olub.

  M.Demirok uzun illərdir siyasətlə məşğul olduğunu və 4 il parlamentdə vəzifə yerinə yetirmək üçün millət vəkili seçildiyinə görə özünü xoşbəxt hiss etdiyini bildirib: "12 il Linköpinq şəhərində ətraf mühit və enerjidən məsul müdir vəzifəsində çalışmışam. Ümid edirəm ki, buradan əldə etdiyim təcrübəni parlamentə daşıyacağam və bir çox problemlərə həll yolları tapmağa çalışacağam".

  Xatırladaq ki, 11 sentyabrda İsveçdə parlament seçkiləri keçirilib.



Әlaqәli Xәbәrlәr