"ABŞ-ın Suriya Demokratik Qüvvələri ilə bağlı atdığı səhv addımları davam edir", R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Suriya Demokratik Qüvvələri (SDQ) ilə bağlı atdığı səhv addımlarının davam etdiyini bildirib.

1878082
"ABŞ-ın Suriya Demokratik Qüvvələri ilə bağlı atdığı səhv addımları davam edir", R.T. Ərdoğan

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Suriya Demokratik Qüvvələri (SDQ) ilə bağlı atdığı səhv addımları davam edir.

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib. 

ABŞ-ın Suriyada bölücü terror təşkilatı YPG/PKK ilə təlimlər keçirməsi ilə bağlı suala Ərdoğan ABŞ-ın SDQ ilə bağlı atdığı səhv addımların hələ də davam etdiyini bildirib:

"Diqqət edirsinizsə, bunun adını Suriya Demokratik Qüvvələri qoyurlar, bu, kamuflyajdır. ABŞ bu terror təşkilatlarına hər zaman minlərlə yük maşını texnika və sursat göndərib və indi də göndərir. Onlar bunu təkcə Suriyadakı koalisiya qüvvələri ilə etməyib, həm də İraqda ediblər. Hələ də bunu davam etdirirlər. Bu dəstəkdən əlavə təlim nöqtəsində də ciddi təlim dəstəyi verirlər" .

Dövlət başçısı  ABŞ-la F-16 danışıqlarına da toxunaraq deyib ki, ümid edirəm ki, ABŞ bu münasibətdə bizi fərqli yollara aparmasın. Fərqli yollardan demək istəyirəm ki, ABŞ dünyada döyüş təyyarələri satan yeganə ölkə deyil. Onu müxtəlif ölkələr də satır. Bunun üçün bizə siqnal verənlər var.



Әlaqәli Xәbәrlәr