Ərdoğan Serbiyada səfərdədir

Səfər çərçivəsində Türkiyə ilə Serbiya arasında hər iki ölkə vətəndaşlarının səyahətlərinin şəxsiyyət vəsiqəsi ilə həyata keçirməsinə dair razılığın əldə olunması gözlənilir

1876635
Ərdoğan Serbiyada səfərdədir

 

   Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiyaya səfərə gəlib.

   R.T.Ərdoğanı Belqrad Hava Limanında Serbiya prezidenti Aleksandr Vuçiç və digər rəsmi şəxslər qarşılayıblar.

  Türkiyə prezidenti müxtəlif görüşlərdə iştirak edəcək.

  Səfər çərçivəsində Türkiyə ilə Serbiya arasında hər iki ölkə vətəndaşlarının səyahətlərinin şəxsiyyət vəsiqəsi ilə həyata keçirməsinə dair razılığın əldə olunması gözlənilir.

  Qeyd edək ki, Balkan regionu ölkələrində səfərdə olan Türkiyə prezidenti Serbiyadan sonra Xorvatiyaya gedəcək.

  Bunu da qeyd edək ki, Bosniya Herseqovina ilə Türkiyə arasında vətəndaşların gediş-gəlişin şəxsiyyət vəsiqəsi ilə həyata keçirilməsinə qərar verilib. Bu sözləri Balkan regionu ölkələrindən Bosniya Herseqovinada səfərdə ikən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, iki ölkə arasında şəxsiyyət vəsiqəsi ilə səyahətin həyata keçirilməsi üzrə razılığın əldə olunduğunu bildirib. Ərdoğan bundan sonra Türkiyədən Bosniya Herseqovinaya, Bosniya Herseqovinadan isə Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahət etməyin mümkün olacağını söyləyib.



Әlaqәli Xәbәrlәr