"Darav Gevda" zərərsizləşdirildi

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) məlumatıan görə...

1875504
"Darav Gevda" zərərsizləşdirildi

 

  Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalındakı Sincarda həyata keçirdiyi nöqtə əməliyyatı ilə separatçı terror təşkilatı PKK-nın qondarma başçılarından "Darav Gevda" kod adlı Bədirxan (Bedirhan) Abini zərərsizləşdirib.

  Məlumata görə, 2011-ci ildən PKK sıralarına qatılan Bədirxan təşkilat rəhbərliyi tərəfindən göndərildiyi İraqın Şırnak və Yüksekova bölgələrində terror fəaliyyətlərini davam etdirib. Türkiyədə olduğu müddətdə bir sıra təhlükəsizlik qüvvələrinin şəhid olması ilə nəticələnən hadisələr törədib. PKK-ya bağlı Sincar Müdafiə Birliklərində (YBŞ) qondarma batalyon və cəbhə zabiti kimi xidmət edib. Sonuncu dəfə PKK/YBŞ-nin qondarma briqada zabiti kimi terror törətmək istəyərkən MİT nöqtə əməliyyatı ilə zərərsizləşdirilib.



Әlaqәli Xәbәrlәr