"Türkiye Balkan bölgəsinin bir parçasıdır və bununla qürur duyur", M.Çavuşoğlu

Prezident Rəcəb Tayyib Ərdoğanın gələn həftə Balkan ölkələrində keçirəcəyi görüşlərinin ən mühüm gündəmini Bosniya və Herseqovinadakı siyasi böhran təşkil edəcək.

1875121
"Türkiye Balkan bölgəsinin bir parçasıdır və bununla qürur duyur", M.Çavuşoğlu

Prezident Rəcəb Tayyib Ərdoğanın gələn həftə Balkan ölkələrində keçirəcəyi görüşlərinin ən mühüm gündəmini Bosniya və Herseqovinadakı siyasi böhran təşkil edəcək.

Bunu xarici işlər naziri Mövlud Çavuşoğlu Serbiyanın paytaxtı Belqradda keçirilən "Açıq Balkan" təşəbbüsü sammitində etdiyi çıxışda deyib. 

Çavuşoğlu sammitdəki çıxışında prezident Ərdoğanın gələn həftə Bosniya və Herseqovina, Serbiya və Kosovoya səfər edəcəyini deyib:

“Bosniya və Herseqovinadakı mövcud vəziyyət gündəmimizin başında yer alacaq. Biz bu regionda başqa hər hansı münaqişənin yaranmasına imkan verə bilmərik”. 

Türkiyenin Balkan bölgəsinin bir parçası olduğunu və bununla qürur duyduqlarını ifadə edən xarici işlər naziri deyib ki, Balkan regionu öz taleyini öz əlinə almalıdır. Bir daha genişlənmək üçün bütün maneələri aradan qaldırmalıyıq. Həmişə olduğu kimi, Balkan bölgəsinin və öz bölgələrimizin rifahı üçün hər cür işi dəstəkləyəcəyik."Açıq Balkan" təşəbbüsünə bütün sahələrdə uğurlar arzulayıram.

Digər tərəfdən, ikitərəfli təmasları çərçivəsində Monteneqronun baş naziri Dritan Abazoviç ilə görüşən Çavuşoğlu daha sonra Macarıstanın xarici işlər naziri Peter Szijjarto və Serbiyanın xarici işlər naziri Nikola Selakoviç ilə ayrı-ayrılıqda görüş keçirib.

Çavuşoğlu sentyabrın 1-də şam yeməyində Serbiya prezidenti Aleksandr Vuçiç tərəfindən də qəbul edilib.



Әlaqәli Xәbәrlәr