Fahrettin Altun "Reuters" agentliyinə reaksiya göstərib

Türkiye Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun "Reuters" xəbər agentliyinə reaksiya göstərib.

1874574
Fahrettin Altun "Reuters" agentliyinə reaksiya göstərib

İngiltərənin "Reuters" xəbər agentliyinin Türkiye modeli sayəsində milli və beynəlxalq uğur qazanan Kommunikasiya İdarəsinə hücumları yalnız doğru yolda olduğumuzun göstəricisidir və bu, qürurumuz üçün bir səbəbdir.

Bu barədə Türkiye Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun özünün "Twitter" hesabında deyib.

"Türkiye kommunikasiya modeli ilə milli və beynəlxalq səviyyədə uğurla fəaliyyət göstərən Kommunikasiya İdarəmiz İngiltərənin "Reuters" xəbər agentliyi tərəfindən hədəfə alınması yalnız bizim haqlı olduğumuzun sübutudur və bizim üçün qürurvericidir", - deyə F.Altun sosial media hesabında bildirib.

F.Altun "Son 4 ildə Türkiyeyə qarşı dezinformasiya kampaniyalarına müqavimət göstərdik, ölkəmizi bu hücumlara qarşı daha müqavimətli etdik və şəffaf bir ünsiyyət mühiti yaratdıq. Eyni istiqamətdə uzun illər Cənab dövlət başçımız Ərdoğanın rəhbərliyi altında Türkiyeyə xidmət etmək əzmindəyik" deyib.

“Reuters”in prezident Ərdoğan və Türkiyeyə qarşı qavrayış əməliyyatları və sistemli manipulyasiyaların bir aparatı olduğunu ifad edən" F.Altun bundan əvvəl də dəfələrlə uydurma və yalan xəbərlər yazdığını bildirib.

F.Altun xatırladıb ki, Türkiyə Prezident İdarəetmə Sisteminə keçidlə bağlı ilk addımları atarkən səhnəyə çıxan "Reuters" agentliyi prezident Ərdoğanın açıqlamalarını təhrif edərək, öz xəbərini təkzib etmək məcburiyyətində qalıb.

O, "Təbii ki, biz "Reuters" agentliyinin Türkiyeyə qarşı iqtisadi və maliyyə əməliyyatlarında öz rolunu necə oynadığını unutmuruq. Belə bir xəbər agentliyi hələ də Türkiye Kommunikasiya Modelini və Prezidentliyimizi hədəf almağa çalışır. Biz "Reuters" agentliyinin nə niyyətində olduğunu, nəyə xidmət etdiyini və nəyi nəzərdə tutduğunu da bilirik. Bu istiqamətdə nələr etdiyini çox yaxşı bilirik. Sadəcə Türkiye ilə bağlı məsələlərdə deyil, dünyanın müxtəilif yerlərində operativ jurnalistikanıza görə işğal edilən, çevrilişlər etdirilən, vətəndaş mühabirəsi yaradılan, terror təşkilatlarına arxa duran sistemə qarşı həqiqəti müdafiə edən bir Türkiye var" ifadələrindən istifadə etmişdir.

"Əvvəllər dəfələrlə olduğu kimi, əsassız stereotip qərəzlərdən hörülmüş xəyali və uydurma ssenarilər təqdim edirsiniz. Bir daha xatırladırıq ki, əsl jurnalistika hansı şəraitdə olursa olsun belə ola bilməz. Sizi yalnız həqiqəti yazmağa dəvət edirik", - deyə F.Altun vurğulayıb.



Әlaqәli Xәbәrlәr