MİT “Rezan Amed” ləqəbli terrorçununu zərərsizləşdirib

Bölücü terror təşkilatı PKK/KCK terrorçularına təxribat təlimi verməkdən məsul olan dırnaqarası akademiklərdən terrorçu Ümit Tarhan zərərsizləşdirilib.

1874153
MİT “Rezan Amed” ləqəbli terrorçununu zərərsizləşdirib

Milli Kəşfiyyat Təşkilatının (MİT) İraqın şimalındakı Duhok/Qara bölgəsində həyata keçirdiyi əməliyyatla bölücü terror təşkilatı PKK/KCK terrorçularına təxribat təlimi verməkdən məsul olan dırnaqarası akademiklərdən terrorçu Ümit Tarhan zərərsizləşdirilib.

Təhlükəsizlik qaynaqlarından əldə edilən məlumata görə, “Rezan Amed” ləqəbli terrorçu Tarhan 2009-cu ildə Almaniyanın paytaxtı Berlində terror təşkilatı ilə əlaqəli təşkalatlanmalardakı fəaliyyətindən sonra terror təşkilatı PKK-nın kənd kadrlarına qoşulub.

İraqın şimalında Qəndildə təşkilatın müxtəlif terror fəaliyyətlərində iştirak edən Tarhan 2015-ci ildə Suriyada dırnaqarası hücum təxribat bölməsinin başçısı kimi fəaliyyət göstərib.

Terrorçu Tarhan 2016-cı ildə Suriyadan Türkiyeyə partlayıcıların daşınmasını təşkil edib, bomba qurğularını və əl istehsalı partlayıcıları şəxsən hazırlayıb.

Terror təşkilatına lazım olan elektron və mexaniki materialları Avropadan təmin edən Tarhan təşkilat başçıları tərəfindən terrorçuların hazırlanması üçün İraqın şimalındakı Qara bölgəsinə göndərilib.

Tarhan təşkilatın bir çox üzvünə hücum və təxribat mövzusunda təlim keçib.

MİT Tarhanı fəaliyyəti ilə əlaqədar zərərsizləşdiriləcək kritik hədəflər siyahısına daxil edib.

Avropadan təmin edilən elektron və mexaniki materialların çatdırılması üçün hərəkətə keçməyə qərarlı olan Tarhan MİT-in İraqın şimalındakı Duhok/Qara bölgəsində təşkil etdiyi əməliyyatda onu müşayiət edən başqa bir terrorçu ilə birlikdə zərərsizləşdirilib.



Әlaqәli Xәbәrlәr