Böyük Taarruz Döyüş Meydanı Xəritəsini MSB saytından görə bilərsiniz

MSB-nin sosial media hesabından verilən açıqlamada yazılır...

1872928
Böyük Taarruz Döyüş Meydanı Xəritəsini MSB saytından görə bilərsiniz

 

  Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) öz saytında Böyük Taarruzun (Hücumun) 100-cü ildönümü üçün xüsusi səhifə hazırlayıb.

  MSB-nin sosial media hesabından verilən açıqlamada yazılır: "www.msb.gov.tr/BuyukTaarruz" linkinə daxil olaraq fotoşəkillər, videolar, tarixi məlumatlar və Böyük Taarruz Döyüş Meydanı Xəritəsini (Büyük Taarruz Muharebe Alanı Haritası) görə bilərsiniz. Səhifədə “Böyük Taarruzun 100-cü ildönümündə böyük qələbənin addımları” başlıqlı video da paylaşılıb.

  Türkiyənin Milli Müdafiə Nazirliyi səhifədə sözügedən mövzu ilə bağlı yazıb: "Sultan Alparslan 951 il əvvəl qazanılan Malazgirt zəfəri ilə Anadolunu bizim üçün vətən etdi. Baş komandanımız Qazi Mustafa Kamal Atatürk 100-cü Böyük Taarruzla Anadolunun əbədi olaraq türk vətəni olduğunu bütün dünyaya bəyan etdi”.



Әlaqәli Xәbәrlәr