Türkiyə, Finlandiya və İsveç Daimi Birgə Mexanizminin ilk iclası keçirildi

Türkiyə, Finlandiya və İsveç tərəfindən 28 iyunda NATO Madrid Zirvə Toplantısında imzalanan Üçtərəfli Memorandum çərçivəsində qurulan Daimi Birgə Mexanizmin ilk iclası imzaladığı Finlandiyanın paytaxtı Helsinkidə təşkil edildi

1872887
Türkiyə, Finlandiya və İsveç Daimi Birgə Mexanizminin ilk iclası keçirildi

 

  Türkiyə, Finlandiya və İsveçin qurduğu Daimi Birgə Mexanizmin ilk iclası keçirilib.

  Türkiyə, Finlandiya və İsveç tərəfindən 28 iyunda NATO Madrid Zirvə Toplantısında imzalanan Üçtərəfli Memorandum çərçivəsində qurulan Daimi Birgə Mexanizmin ilk iclası imzaladığı Finlandiyanın paytaxtı Helsinkidə təşkil edildi.  

  Daimi Birgə Mexanizmin Türkiyə nümayəndə heyətinə prezidentin sözcüsü, səfir İbrahim Kalın və xarici işlər nazirinin müavini, səfir Sedat Önal rəhbərlik edib. Nümayəndə heyətinə ədliyyə, xarici işlər, daxili işlər, milli müdafiə nazirlikləri və Milli Kəşfiyyat Təşkilatının nümayəndələri daxil olub.

  İsveç nümayəndə heyətinə Baş Nazirliyin dövlət katibi Oskar (Oscar) Stenström, Finlandiya nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin daimi dövlət katibi Yukka (Jukka) Salovaara başçılıq edib. Tədbirdə ədliyyə, təhlükəsizlik və kəşfiyyat orqanlarının nümayəndələri olublar.

  Söhbətlər zamanı Daimi Birgə Mexanizmin iş prinsipləri müəyyən edilib, Üçtərəfli Memorandumda qeyd olunan öhdəliklərin icrası ilə bağlı proseslər nəzərdən keçirilib, gələcəkdə atılacaq konkret addımlar danışılıb.

  Finlandiya və İsveç Üçtərəfli Memorandumda bunları öhdəlik olaraq götürüb: terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə tam həmrəylik və əməkdaşlıq içində çalışmaq, Türkiyə milli təhlükəsizliyinə bütün təhdidlərə qarşı mübarizə aparmaq, xüsusilə separatçı terror təşkilatı PKK, PYD, YPG və FETÖ-yə dəstək verməmək vurğulayıb.

  Mexanizm çərçivəsində qarşıya qoyulan məsələlərlə bağlı konkret irəliləyişə nail olmaq üçün müvafiq qurumlar arasında texniki səviyyədə əməkdaşlığın intensivləşdirilməsi razılaşdırılıb.

 



Әlaqәli Xәbәrlәr