Türkiyenin döyüş təyyarələri Yunanıstana məxsus "F-16" qırıcıları tərəfindən narahat edildi

Şərqi Aralıq dənizində NATO missiyalarını yerinə yetirən Türkiyenin döyüş təyyarələri NATO üzvü Yunanıstana məxsus F-16 təyyarələri tərəfindən təqib edilərək (radar kilidi) təcavüzə məruz qalıb.

1871497

Türkiye Milli Müdafiə Nazirliyindəki mənbələrdən əldə edilən məlumata görə, Yunanıstana məxsus döyüş təyyarələri Türkiye döyüş təyyarələrinin NATO-nun mühüm missiyasını yerinə yetirməsinin qarşısını almaq üçün bilərəkdən təqib edilib. 

Yunanıstanın bu təqibinin NATO-nun fəaliyyətlərini hədəfə almaq cəhdi olduğunu qeyd edən qaynaqlar Yunanıstanın Türkiyəni sıxışdırmaq üçün NATO missiyalarını belə riskə atmaqdan çəkinmədiyini vurğulayıb.

Yunanıstanın Türkiyəyə məxsus döyüş təyyarələrini təqib etməsindən dərhal sonra lazımi cavab verildiyi və Yunanıstan təyyarələrinin bölgədən çıxarıldığı öyrənilib.

Türkiye Milli Müdafiə Nazirliyi tərəfindən məsələnin NATO səlahiyyətlilərinə çatdırıldığı və Yunanıstan hərbi attaşesinin nazirliyə çağırılaraq NATO missiyasını təhlükə altına alan Yunanıstan təyyarələrinə reaksiya verildiyi qeyd edilib.

Türkiye Xarici İşlər Nazirliyinin müvafiq tərəflərlə diplomatik təşəbbüslər apardığı da bildirilib.

Bu cür təqibin müttəfiqliq anlayışı ilə üst-üstə düşmədiyini vurğulayan qaynaqlar Yunanıstanın gərginliyi artırmağa çalışdığına diqqət çəkiblər.

Әlaqәli Xәbәrlәr