Mövlud Çavuşoğlu Suriya müxalifətinin liderləri ilə görüşüb

Nazir M.Çavuşoğlu "Twitter" hesabında Suriya müxalifət liderləri Muslat, Camus və Mustafa ilə görüş keçirdiyini paylaşıb.

1871898
Mövlud Çavuşoğlu Suriya müxalifətinin liderləri ilə görüşüb

Xarici işlər naziri Mövlud Çavuşoğlu Suriya Müxalif və İnqilabçı Qüvvələr Milli Koalisiyasının sədri Səlim əl-Muslat, Müzakirə Komissiyasının sədri Bədir Camus və Suriya Müvəqqəti Hökumətinin sədri Əbdürrəhman Mustafa ilə görüşüb.

Nazir M.Çavuşoğlu "Twitter" hesabında Suriya müxalifət liderləri Muslat, Camus və Mustafa ilə görüş keçirdiyini paylaşaraq deyib:

“Biz müxalifətin BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi çərçivəsində siyasi proseslərə verdiyi töhfəni yüksək qiymətləndirir və dəstəkləyirik”.

Qeyd edək ki, 2015-ci ilin dekabrında BMT Təhlükəsizlik Şurası tərəfindən yekdilliklə təsdiq edilən 2254 saylı qətnamə Suriyada fövqəladə atəşkəsin təmin edilməsi və bununla paralel olaraq siyasi danışıqların başlanmasına; iki il ərzində “birlik hökuməti”nin yaradılmasına, ardınca isə seçkilərin keçirilməsinə çağırır.



Әlaqәli Xәbәrlәr