Adil Karaismailoğlu Gürcüstanda keçirilәn üçtәrәfli nazirlәr toplantısında iştirak edib

Türkiyenin nәqliyyat vә infrastruktur naziri Adil Karaismailoğlu bildirib ki, Türkiye, Gürcüstan ilə Azərbaycan dost və qardaş ölkələrdir.

1871490
Adil Karaismailoğlu Gürcüstanda keçirilәn üçtәrәfli nazirlәr toplantısında iştirak edib

Türkiyenin nәqliyyat vә infrastruktur naziri Adil Karaismailoğlu bildirib ki, Türkiye, Gürcüstan ilə Azərbaycan dost və qardaş ölkələrdir. Ölkələr arasında nəqliyyat dəhlizlərinin daha da inkişaf etdirilməsi üçün danışıqlar davam edir.

Türkiyenin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli nazirlər toplantısında iştirak edib.

Tәxminәn bir saat davam edәn vә mәtbuat üçün qapalı keçirilәn üçtәrәfli iclasdan sonra nazir Adil Karaismailoğlu Gürcüstana etdiyi sәfәri qiymәtlәndirib.

Adil Karaismailoğlu deyib:"Türkiye, Gürcüstan, Azərbaycan arasında aparılan danışıqların nəticəsi olaraq ölkələrimiz qazanacaq və nəqliyyat dəhlizləri nə qədər güclü olsa, həm sosial, həm də iqtisadi müstəvidə əməkdaşlığımız bir o qədər möhkəmlənəcək".

Türkiye-Azərbaycan-Gürcüstan arasında nəqliyyat sahəsində əməkdaşlığa toxunan nazir Orta Dəhlizin əhəmiyyətini vurğulayıb. Adil Karaismailoğlu Bakı-Tbilisi-Qars dəmir yolunun (BTQ), habelə Türkiyədə Marmaray xətti layihələrinin həyata keçirildiyini xatırladıb.

"Artıq Çindən Londona fasiləsiz işləyən qatarlarımız fəaliyyətə başladı. Bundan sonra potensialı daha da artırmaq üçün nələr edilə biləcəyimizi müzakirə edirik", - deyә Adil Karaismailoğlu vurğulayıb.



Әlaqәli Xәbәrlәr