Hulusi Akar Nazirlәr Kabinetinin iclasından sonra әhәmiyyәtli bәyanatlar verib

Nazir Hulusi Akar dünən Prezident İqamәtgahında keçirilən Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərin suallarını cavablandırıb.

1871358
Hulusi Akar Nazirlәr Kabinetinin iclasından sonra әhәmiyyәtli bәyanatlar verib

Türkiyenin milli müdafiə naziri Hulusi Akar Suriyanın şimalında mümkün əməliyyatla bağlı deyib:‘‘Ölkəmizin və sərhədlərimizin təhlükəsizliyi üçün beynəlxalq hüquq və özünümüdafiə baxımından əməliyyatlar həyata keçirmək Türkiyənin ən təbii haqqıdır”.

Nazir Hulusi Akar dünən Prezident İqamәtgahında keçirilən Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərin suallarını cavablandırıb.

Suriya rejimi ilə danışıqlara başlanılıb-başlanılmayacağı ilə bağlı sualı cavablandıran Hulusi Akar prezident və nazirlərin bu məsələ ilə bağlı açıqlamalar verdiklərini xatırladaraq  danışıqların şərtlər və vəziyyətdən asılı olduğunu bildirib.

Türkiyenin milli müdafiә naziri Hulusi Akar deyib: "Ölkəmizin və sərhədlərimizin təhlükəsizliyi üçün beynəlxalq hüquq və özünümüdafiə baxımından əməliyyat keçirmək Türkiyenin ən təbii haqqıdır. Bu mövzuda bu günәdәk nə lazımdırsa etdik, bundan sonra da edəcəyik. Bizim üçün әhәmiyyәtli olan ölkәmizin hüquq vә maraqlarını qorumaqdır vә bu mövzuda qәtiyyәtliyik’’

Türkiyə Cümhuriyyətinin hədəfinin yalnız terrorçular olduğunu vurğulayan Hulusi Akar terrora qarşı әmәliyyatların davam edәcәyini vurğulayıb.

Amerika Birlәşmiş Ştatlarından  F-16-ların tədarükü ilə bağlı sualı cavablandıran Hulusi Akar mövzu ilə əlaqədar dördüncü toplantının avqustun 15-də ABŞ-da keçirildiyini bildirib və danışıqların müsbət istiqamətdə davam etdiyini qeyd edib.

 



Әlaqәli Xәbәrlәr