Sloveniya prezidenti Borut Pahor  Türkiyəyə minnətdarlığını bildirib

Sloveniya prezidenti Borut Pahor Türkiyənin Ukrayna taxılının dünya bazarına daşınması üçün göstərdiyi səyləri yüksək qiymətləndirdiklərini bildirib.

1866035
Sloveniya prezidenti Borut Pahor  Türkiyəyə minnətdarlığını bildirib

Prezident Pahor paytaxt Ankarada keçirilən 13-cü Səfirlər Konfransında çıxışı   zamanı  Türkiyənin Ukrayna ilə Rusiya arasında vasitəçilik səylərini və Ukrayna taxılının dünya bazarına çıxarılmasındakı rolunu hörmətlə salamladığını  və  yüksək qiymətləndirdiyini qeyd  edib.

Pahor İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə  müsbət  yanaşmasını  da  yüksək qiymətləndirdiklərini  vurğulayıb  və  bununla sözmövzusu  iki  ölkənin  NATO-ya  üzv ola biləcəyinə diqqət çəkib.

Prezident Rəcəb Tayyib Ərdoğanla uzun müddətdir tanış olduqlarını və tez-tez görüşdüklərini ifadə edən Pahor, Türkiyə ilə Sloveniya arasında 11 il əvvəl strateji əməkdaşlıq müqaviləsi imzaladıqlarını, bunun  Sloveniyanın   Türkiyəyə  verdiyi önəmin göstəricisi  olduğunu  və  iki  ölkə  arasındakı əlaqələrin güclənərək  davam etdiyini sözlərinə əlavə edib.  



Әlaqәli Xәbәrlәr