"Müdrik və mərhəmətli türk diplomatiyası” XIII səfirlər konfransı

Avqustun 8-dən 12-dək davam edəcək konfrans Ankara, Nevşəhir və Kayseri şəhərlərində olacaq

1864636
"Müdrik və mərhəmətli türk diplomatiyası” XIII səfirlər konfransı

 

  Türkiyə Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə “Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda XIII səfirlər konfransı keçiriləcək.

  Avqustun 8-dən 12-dək davam edəcək konfrans Ankara, Nevşəhir və Kayseri şəhərlərində olacaq.

  Azərbaycan heyətinin də iştirakı ilə konfransdan əvvəl Ankaranın Altındağ rayonunda yerləşən Cəbəci Əsri Məzarlığında şəhid Türkiyə diplomatlarının uyuduqları müqəddəs məkan ziyarət ediləcək.

  Xatırladaq ki, erməni terror təşkilatları tərəfindən 1973-1984-cü illərdə xarici ölkələrdə fəaliyyət göstərən Türkiyə diplomatları və ailələri geniş miqyaslı terror hücumlarına məruz qalıblar. Məqsədli və amansızcasına törədilən 90 terror aktı nəticəsində 41 türk diplomat və ailə üzvü şəhid olub. Türkiyə diplomatiyası XX əsrin sonunda ən çox sayda və ağır nəticələr verər terror aktları ilə üz-üzə qalıb. Təəssüf ki, türkiyəli diplomatlarına qarşı bu bəşəri cinayətləri törədən erməni terrorçuların əksəriyyəti sonralar müxtəlif bəhanələrlə həbsdən azad olunublar. Daha bir təəssüfləndirici vəziyyət isə Ermənistanın həmin terrorçuları qəhrəmanlaşdıraraq terrora dəstək verməkdə davam etməsidir.



Әlaqәli Xәbәrlәr