Hulusi Akar Oleksiy Reznikov vә Aleksandr Kubrakovla ayrı-ayrılıqda telefon әlaqәsi saxlayıb

Türkiyәnin Milli Müdafiә Naziri Hulusi Akar deyib:  Birgə Koordinasiya Mərkəzinin intensiv işi ilə Ukrayna limanlarından 3 taxıldaşıyan gəmi də yola çıxacaq".

1863906

Hulusi Akar Ukraynanın müdafiə naziri Oleksiy Reznikov və infrastruktur naziri Aleksandr Kubrakov ilə ayrı-ayrılıqda telefon әlaqәsi saxlayıb.

Söhbət zamanı taxıl daşınması ilə bağlı araşdırmalar və son vəziyyət әtrafında  fikir mübadiləsi aparılıb.

Türkiyәnin Milli Müdafiə Nazirliyi Panama, Malta və Türkiyə bayrağı altında üzәn daha üç yükdaşıma gәmisinin Ukrayna limanlarından yola düşdüyünü açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, Ukraynadan İrlandiyaya 33 min ton qarğıdalı daşıyan ‘‘Navistar’’ gəmisi Odessa limanından yola düşüb.İstanbulun şimalındakı Birgə Koordinasiya Mərkəzinin üzvlәri  tərəfindən gәmiyә baxış  keçirilәcәk.

Ukraynadan İngiltәrәyә 13 min ton qarğıdalı daşıyan ikinci gəmi isә Çernomorsk limanından yola düşüb. Mәlumata әsasәn, Malta bayrağı altında üzən “Rojen” gəmisi də Birgə Koordinasiya Mərkəzinin üzvlәri tərəfindən izlənilir.

Qeyd edәk ki, Ukraynadan Türkiyәyә  12 min ton qarğıdalı daşıyan “Polarnet” gəmisi isә Çernomorsk limanından yola düşüb. Bu  gәmiyә dәBirgə Koordinasiya Mərkəzinin üzvlәri  tərəfindən baxış keçirilәcәk.

Әlaqәli Xәbәrlәr