Mövlud Çavuşoğlu Kambocada səfərdədir

Xarici işlər naziri Mövlud Çavuşoğlu “Dördüncü Cənub-Şərqi Asiya Ölkələri Birliyi (ASEAN)-Türkiyə Sektoral Dialoq Tərəfdaşlığının üçtərəfli iclasına qatılmaq üzrə Kamboca səfər edib.(YENİLƏNİB)

1862890
Mövlud Çavuşoğlu Kambocada səfərdədir

Mövlud Çavuşoğlu Türkiyə-Özbəkistan-Azərbaycan Xarici İşlər, Ticarət və Nəqliyyat Nazirlərinin üçtərəfli görüşündə iştirak etdiyi Özbəkistandan sonra IV “ASEAN”-Türkiyə Sektor Dialoq Tərəfdaşlığının üçtərəfli yığıncağına qatılmaq üzrə getdiyi Kambocada “ASEAN”-ın müvəqqəti sədri Kamboca Baş nazirinin müavini, Xarici və Beynəlxalq Əməkdaşlıq üzrə naziri Prak Sokhonn və baş katibi Lim Cok Hoi ilə üçtərəfli görüş keçirəcək. Danışıqlar zamanı Türkiyə-“ASEAN” əlaqələrinin hazırkı vəziyyəti qiymətləndiriləcək və qarşıdakı dövr ilə əlaqəli konkret əməkdaşlıq təklifləri müzakirə ediləcək.

Çavuşoğlu bu arada Kambocanın paytaxtı Punom Pendə  ikitərəfli görüşlərinə də başlayıb.

Nazir Çavuşoğlu bu arada Qətərin xarici işlər naziri Məhəmməd Bin Əbdürrəhman Əl Sani ilə görüşüb.

Nazir Çavuşoğlu səfəri çərçivəsində Qətərin xarici işlər naziri Məhəmməd Bin Abdurrahman Al Sani ilə bir araya gəlib.

Görüş zamanı ikitərəfli münasibətlər, qlobal və regional məsələlər müzakirə edilib.

Çavuşoğlu Əl Sanidən sonra Yeni zelandiyalı həmkarı Nanaia Mahuta ilə görüşüb.

Görüş zamanı nifrət cinayətləri və irqçiliklə mübarizə sahəsində əməkdaşlıq, Ukrayna və Cənub-Şərqi Asiyada baş verən hadisələr müzakirə edilib.



Әlaqәli Xәbәrlәr