Türkiyənin terrora qarşı mübarizəsi ölkə daxilində və xaricdə davam edir

Türkiyə silahlı qüvvələrinin başlatdığı  əməliyyat nəticəsində Siirt vilayətində  iki, Suriyada  isə  daha 5 terrorçu zərərsizləşdirilib.

1862567
Türkiyənin terrora qarşı mübarizəsi ölkə daxilində və xaricdə davam edir

Daxili İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, “Eren Abluka-27” əməliyyatı çərçivəsində Siirtin Pervari rayonunun  yaxınında separatçı təşkilatın 2 üzvü zərərsizləşdirilib. Ərazidə əməliyyatlar  davam edir.

Milli Müdafiə Nazirliyindən yayılan bəyanatda isə bildirilib ki,  Türk silahlı qüvvəlirinin  Suriyada həyata keçirdikləri  Fərat Qalxanı əməliyyatı ilə terrorçulardan təmizlənmiş əraziyə hücuma cəhd edən PKK/YPG  üzvü  5 terrorçu  zərərləşdirilib. Terrorçulara  xain   planlarını   həyata  keçirmələrinə   icazə  vermirik.  Onları  müəyyənləşdirdiyimiz yerdə   dərhal  zərərsizləşdiririk.  Terrora  qarşı mübarizəmiz  əzmlə  davam  edəcək.  



Әlaqәli Xәbәrlәr