ŞKTR-nın Silahlı Qüvvələr Günü Ankarada qeyd edilib

Milli Müdafiə naziri Hulusi Akar: “Türkiyə respublikası Kiprdə qarant vəzifəsini yerinə yetirməyə davam edəcək”.

1862392
ŞKTR-nın Silahlı Qüvvələr Günü Ankarada qeyd edilib

Hulusi Akar paytaxt Ankarada Qazi Orduevidə təşkil edilən Şimali Kipr Türk Respublikası Silahlı Qüvvələr Günü tədbirində etdiyi çıxışında bu barədə danışıb.

Kipr adasının fəthinin 451-ci, Türk Müqavimət Təşkilatının 64-cü və Təhlükəsizlik Qüvvələri Komandanlığının 46-cı ildönümünün qeyd edildiyi “1 Avqust Sosial Müqavimət və Silahlı Qüvvələr Gününü təbrik edən Hulusi Akar çıxışında 1974-ci ildə həyata keçirilən Kipr Sülh Əməliyyatının adadakı hər kəs üçün sülh və əmin-amanlığın başlanğıcı olduğuna diqqət çəkib və sözmövzusu müdaxilə ilə adada qan və göz yaşının dayandığını vurğulayıb.

Akar: “Kipr bizim milli məsələmizdir. Türkiyənin adadakı qarant vəzifəsi bu günə dək olduğu kimi bundan sonra da davam edəcək. Kiprli yunanlar adada kipr Türklərin olduğu həqiqətini qəbul etməli və Şimali Kipr Türk Respublikasının suverenliyini və müstəqilliyini rəsmiyyətə tanımalı və onların təhlükəsizlik və firavanlıq içində yaşamaq hüquqlarını taptalamaqdan imtina etməlidilər. Xüsusilə üçüncü tərəflərdən obyektiv, qərəzsiz olmalarını, Kıbrıs türklərinin haqlarını geri qaytarmalarını gözləyirik. Türkiyə kiprli qardaşlarının təhlükəsizliyi üçün razılaşmalar çərçivəsində lazım olanı etməyə davam edəcək. Egeydə, Şərqi Aralıq dənizi və Kiprdə Türkiyə və ŞKTR-nin hüquqlarını pqozmağa cəhd edənlərin qarşısında olacaq”.



Әlaqәli Xәbәrlәr