“Türkiyə Əlcəzairin ən mühüm investorlarından biridir”, Ə.Tebbun

Ə.Tebbun Əlcəzair-Türkiyə əlaqələrinə də toxunaraq deyib...

1861953
“Türkiyə Əlcəzairin ən mühüm investorlarından biridir”, Ə.Tebbun

 

  Əlcəzair prezidenti Əbdülməcid Tebbun Türkiyənin ölkəsindəki ən mühüm investorlardan biri olduğunu vurğulayıb.

  Dövlət televiziyasından yayımlanan yerli mətbuat və media nümayəndələri ilə illik toplantısında daxili və xarici gündəmlə bağlı məlumatlar verən Tebbun Əlcəzair-Türkiyə əlaqələrinə də toxunaraq deyib: “Əlcəzairə ən mühüm sərmayələr yatıran ölkələrdən biri olan Türkiyənin sayəsində Oran (Vahran) şəhərində polad istehsalı iki dəfə artıb. Parça (tekstil) və digər sektorlara da sərmayələr Türkiyədən gəlməyə davam edir.

  Həqiqət budur ki, biz bu ikitərəfli əlaqələri inkişaf etdirir və gücləndiririk. Bu, hər iki ölkənin xeyrinədir.

  Əlcəzairin Türkiyə ilə əlaqələrini inkişaf etdirməsi iki ölkənin tarixi münasibətlərinin inikasıdır”.



Әlaqәli Xәbәrlәr