Hulusi Akar: "İlin əvvəlindən 2226 terrorçu zərərsizləşdirilib"

Milli müdafiə naziri Hulusi Akar ilin əvvəlindən 2226 terrorçunun zərərsizləşdirildiyini bildirib.

1862078
Hulusi Akar: "İlin əvvəlindən 2226 terrorçu zərərsizləşdirilib"

Milli müdafiə naziri Hulusi Akar ilin əvvəlindən 2226 terrorçunun zərərsizləşdirildiyini bildirib.

Anadolu Agentliyinə açıqlama verən Hulusi Akar terrorla mübarizəyə toxunaraq, bölücü terror təşkilatı PKK-nın böyük bir dağılma prosesi yaşadığını və hazırda terrorçuların içində olduğunu deyib.

Nazir H.Akar ABŞ ordusundan YPG/PKK-lı bin quldurbaşı üçün verilən başsağlığı mesajı ilə bağlı deyib:

"Bu, məntiqsizlikdir, heç bir izahı yoxdur. Amerikalı müttəfiqlərimiz sabah bunu xatırlayanda üzüləcəklər".

“PKK sona qədər YPG-yə bərabərdir” ifadələrini işlədən Akar “(Suriyada) Tel Rifat və Mənbicdə sərhədlərimizə ciddi hücumlar və təcavüzlər var".

ABŞ PYD/YPG-dən əl çəkəcəkmi?" sualına Hulusi Akar "Əl çəkəcək. Terrorla, terrorçularla yaşana bilməz. Bunu sonunda başa düşəcəklər" cavabını verib.

Akar ABŞ-dan F-16-ların tədarükü ilə bağlı isə, bunun müsbət nəticə verəcəyinə ümid etdiklərini bildirib.

Türkiyə-Yunanıstan münasibətlərinə də toxunan milli müdafiə naziri sözügedən ölkə ilə beynəlxalq hüquq çərçivəsində görüşüb danışmaq istədiklərini, lakin Türkiyə əleyhinə planlar hazırladıqlarını qeyd edib. 

Türkiyənin heç vaxt müttəfiqləri üçün təhdid olmadığını vurğulayan Akar deyib:

"Biz deyirik ki, sülh və sabitlik bərqərar olsun, Egeyi sülh dənizinə çevirək, onu inkişaf etdirək. Onların hər cür ədalətsiz və qanunsuz rəftarları var və bunu davam etdirirlər. Bizim "Yaxşı qonşuluq prinsipləri, beynəlxalq hüquq əsasları çərçivəsində, sərvətləri paylaşaq" sözlərimiz heç bir şəkildə zəiflik olaraq başa düşülməməlidir. Biz haqqın və qanunun tərəfdarıyıq. Həm özümüzün, həm də kıbrıslı qardaşlarımızın hüquq və qanunlarını qorumağa qərarlıyıq" .



Әlaqәli Xәbәrlәr