Türkiyə Hava Yolları bəzi uçuşları dayandırma qərarını uzatdı

THY-nin sosial media hesablarından yazılıb...

1859842
Türkiyə Hava Yolları bəzi uçuşları dayandırma qərarını uzatdı

 

  Türkiyə Hava Yolları (THY) Rusiyanın hücumlarına görə Ukrayna hava məkanının mülki uçuşlar üçün bağlanmasından sonra Yekaterinburq, Minsk, Soçi və Rostov şəhərlərinə uçuşları dayandırma qərarını uzadıb.

  THY-nin sosial media hesablarından yazılıb: “THY-nin Yekaterinburq, Minsk, Soçi, Rostov reysləri 2022-ci ilin 30 sentyabr tarixi də daxil olmaqla, ləğv edilib. Bilet dəyişmə və geri qaytarma əməliyyatlarınızı agentliyinizdən, internet saytımızdan və ya 0 850 333 0 849 nömrəli zəng mərkəzimizdən həyata keçirə bilərsiniz."



Әlaqәli Xәbәrlәr