PKK/YPG terror təşkilatına daha bir ağır zərbə endirildi

Türk silahlı qüvvələri Suriyanın şimalındakı “Sülh Bulağı”, “Zeytun Budağı” və “Fərat Qalxanı” əməliyyatları ilə terrorçulardan təmizlənmiş ərazilərdə PKK/YPG üzvü daha 15 terrorçunu zərərsizləşdirib.

1858993
PKK/YPG terror təşkilatına daha bir ağır zərbə endirildi

Milli Müdafiə Nazirliyinin sosial media hesabından paşlaşdığı açıqlamada: “Qəhrəman Komandolarımızın “Sülh Bulağı” “Zeytun Budağı” və “Fərat Qalxanı” əməliyyatları ilə terrorçulardan təmizlənən ərazilərdəki növbəti əməliyyatında sülh və təhlükəsizlik mühitini pozmağa cəhd etdikləri müəyyən edilən 2-si dırnaq arası yüksək səviyyəli rəhbər olmaqla daha 15 terrorçu məhv edilib. Terrora qarşı mübarizəmiz əzmlə davam edəcək”.



Әlaqәli Xәbәrlәr